Türkiyə Super Liqasında 17-ci tura start verilib.
"Operativ Media" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
"Fənərbaxça" səfərdə "Eyüpspor" klubu ilə qarşılaşıb. Matç 1-1 hesablı heç-heçə ilə başa çatıb.
Oyunun ilk hissəsində "Eyüpspor"un baş məşqçisi Arda Turan qırmızı vərəqə alaraq tribunaya göndərilib.