AZ

Renat Dadaşov və Həsən Nəzərov baş məşqçisiz qaldılar

Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərovun çıxış etdiyi Türkiyənin “Ankaragücü” klubu baş məşqçisi ilə vidalaşıb.

Arena.az xəbər verir ki, Birinci Liqa təmsilçisi Kenan Koçakla yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib:

“Yeni futbol strukturumuzla bağlı baş məşqçimiz Kənan Koçakla apardığımız müzakirələrdən sonra yollarımızı ayırmaq barədə qarşılıqlı razılığa gəldik. Kənan Koçaka gələcək karyerasında uğurlar arzulayırıq”.

Xatırladaq ki, “Ankaragücü” son olaraq Türkiyə Kubokunun 5-ci təsnifat mərhələsi çərçivəsində “Menemenspor”u 3:2 hesabıyla məğlub edərək qrup mərhələsində vəsiqə qazanıb. Birinci Liqada isə komanda 23 xalla 8-ci sırada yer alıb.

Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 11 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 3 oyun keçirib.

phrase_var_article.chosen
26
arena.az

1phrase_var_article.sources