Bakı. Trend:
Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburqdanaməlum şəxs avtomobili idarə edərək Milad yarmarkasında izdihamınüzərinə sürüb.
Trend “Spiegel”qəzetinə istinadən xəbər verir ki, polis tərəfindən keçirilənəməliyyat nəticəsində həmin şəxs saxlanılıb.
Hadisə zamanı ölən və ya xəsarət alanlar barədə hələlik rəsmiməlumat yoxdur. Lakin ilkin xəbərlərə əsasən, avtomobil bir neçənəfəri vurub. İzdihamdakı insanlar təşviş içərisində qaçaraqözlərini xilas etməyə çalışıblar.
Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib. Əyalətpolisi hadisə ilə bağlı hələlik açıqlama verməsə də, Miladyarmarkasının rəhbəri insanları şəhər mərkəzindən uzaqlaşmağaçağırıb.
Xatırladaq ki, 2016-cı ilin dekabr ayında Berlində oxşar hadisəbaş vermişdi. Braytşayd meydanında yük avtomobili Miladyarmarkasında insanların üzərinə sürülmüş, nəticədə 13 nəfər həlakolmuş, 70-dən çox insan yaralanmışdı.