Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 17-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Fənərbaxça” səfərdə “Eyüpspor”un qonağı olub. İstanbul təmsilçisi bu oyunda 1:1 hesablı heç-heçəyə razılaşıb. Qarşılaşmada hesab 26-cı dəqiqədə açılıb. Ahmet Kutucu fərqlənib. “Sarı-lacıvərdlilər”i məğlubiyyətdən xilas edən qolu isə Yussef En Nesiri 45+4-cü dəqiqədə rəqib qapısından keçirib.
Hazırda 36 xalı olan “Fənərbaxça” 41 xala malik lider “Qalatasaray”ın ardından ikinci sırada qərarlaşıb. İlk “üçlüy”ü isə 29 xalla “Samsunspor” qapayır.
Turun qalan oyunları 21-23 dekabr aralığında keçiriləcək.
Türkiyə, Super Liqa
17-ci tur
20 dekabr
Eyüpspor – Fənərbaxça 1:1
Qollar: A.Kutucu, 26 – En Nesiri, 45+4.
21 dekabr
17:00. Sivasspor – Samsunspor
20:00. Beşiktaş – Alanyaspor
22 dekabr
14:30. Qaziantep – Antalyaspor
17:00. Göztəpə – Rizəspor
17:00. Kayserispor – Qalatasaray
20:00. Trabzonspor – Bodrumspor
23 dekabr
21:00. Başakşəhər – Kasımpaşa
21:00. Hatayspor – Adana Dəmirspor