AZ

​Rusiya Ukraynaya kiberhücum həyata keçirdi

Rusiya Ukraynanın dövlət reyestrinə son illərin ən böyük kiberhücumunu həyata keçirib. Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini Olha Stefanişina açıqlama verib. O, hücumun ölkənin kritik infrastrukturunu hədəf aldığını və xidmətlərin müvəqqəti dayandırılmasına səbəb olduğunu bildirib. Məlumata görə, dövlət reyestrində Ukrayna vətəndaşları haqqında doğum, ölüm, nikah və əmlak kimi mühüm məlumatlar var. Stefanişina sosial media hesabında, “Ukraynanın dövlət reyestrinə son zamanların ən böyük kiberhücumları baş verib. Bu hücum nəticəsində Ədliyyə Nazirliyinə bağlı xidmətlər müvəqqəti olaraq dayandırılıb” - deyə bildirib.

Stefanişina, dövlət xidmətlərinin tam bərpası üçün vaxt lazım olduğunu ifadə edib. Bildirilib ki, digər dövlət xidmətləri kiberhücumdan təsirlənməyib.

Seçilən
20
metbuat.az

1Mənbələr