AZ

Almaniyada avtomobillər izdihamın üzərinə sürüldü - ölənlər var

Mərkəzi Almaniyanın Magedeburq şəhərində Milad bazarında iki avtomobil izdihama çırpılıb.

Milli.Az xəbər verir ki,  hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər xəsarət alıb. 

Hakimiyyət orqanları Milad bazarını bağlayıb və hadisə yerinə təcili yardım xidmətləri cəlb olunub.

Saksoniya-Anhalt əyalətinin baş naziri Rayner Haselofun hadisə yerinə getdiyi bildirilib. Bu barədə Almaniyanın dövlət yayımlayıcısı MDR məlumat verib.

MDR həmçinin əyalət hökumətinin sözçüsünə istinadən hadisəni "hücum" kimi xarakterizə edib.

Magedeburq şəhəri Berlinin qərbində yerləşir, Saksoniya-Anhalt əyalətinin paytaxtıdır və təxminən 240,000 nəfərə ev sahibliyi edir.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
13
50
milli.az

10Mənbələr