Almaniyanın mərkəzində yerləşən Maqdeburq şəhərində avtomobil Milad bazarına gələn insanlara çırpılıb.
Modern.az xəbər verir ki, bu barədə MDR teleradio şirkəti məlumat yayıb.
Hadisə nəticəsində 10-dan çox şəxsin öldüyü, 60-dan çox yaralıların olduğu bildirilir.
Hökumət sözçüsü Matthias Şuppe telekanala bildirib ki, polis avtomobilin sürücüsünü saxlayıb. Ərazidə xilasedicilər və hüquq-mühafizə orqanları işləyir; yarmarka ziyarətçilər üçün bağlanıb.
O, hadisəni terror aktı adlandırıb. Səlahiyyətlilər vətəndaşlardan şəhər mərkəzindən uzaq durmağı xahiş edib.