AZ

Milad yarmarkasında terror törədən şəxs BELƏ tutuldu - FOTO

Almaniyanın Maqdeburq şəhərindəki Milad yarmarkasında baş verən avtomobil hücumunun şübhəlisi olan Suriya mənşəli mühacirin saxlanıldığı bildirilib. Hadisə zamanı avtomobil izdihama sürətlə çırpılıb, nəticədə 20 nəfər həyatını itirib, 60-dan çox insan yaralanıb.

Musavat.com xəbər verir ki, hücumu həyata keçirən 30 yaşlı suriyalı kişi, hüquq-mühafizə orqanları tərəfindən dərhal saxlanılıb. İlk araşdırmalara görə, hücumun məqsədli şəkildə həyata keçirildiyi ehtimal olunur.

Hadisə Maqdeburq şəhərinin mərkəzində, Milad yarmarkasında, xüsusilə insanların çox olduğu bir vaxtda baş verib. Şahidlər maşının sürətlə insanların olduğu yerə doğru yönəldiyini və ardınca böyük bir izdihamın yarandığını qeyd ediblər.

Müvafiq orqanlar hadisənin səbəblərini araşdırmağa davam edir və əlavə məlumatların veriləcəyi bildirilib. 

 

Musavat.com

photo_2024-12-20_23-14-54.jpg

phrase_var_article.chosen
26
4
musavat.com

5phrase_var_article.sources