Almaniya kansleri Olaf Şoltsun yaxın günlərdə Moskvaya sülh missiyası ilə getməsi iddiası ilə bağlı “Der Spiegel” jurnalında dərc olunan məqalə uydurmadır.
APA xəbər verir ki, bu barədə TASS müxbirinə Almaniya hökumət nümayəndəsi bildirib.
Mənbə kanslerin Rusiyaya ehtimal edilən səfər planı ilə bağlı xəbərlərin uydurma olduğunu deyərək kabinetin kanslerin gələn həftə üçün cədvəlini cümə günləri elan etdiyini vurğulayıb.
Xatırladaq ki, “Der Spiegel” jurnalı Şoltsun yaxın günlərdə rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyasının reytinqini yüksəltmək üçün Moskvaya səfər edəcəyi ilə bağlı məlumat yaymışdı.
***
22:27
Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğu bildirilən Almaniya kansleri Olaf Şolts sülh missiyası ilə Moskvaya gələ bilər.
APA xəbər verir ki, bu haqda “Der Spigel” jurnalı məlumat verib və bildirib ki, Şoltsun özü hələ məsələ ilə bağlı heç nə vəd etməyib.
Nəşrin yazdığına görə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin üzvləri qəti əmindirlər ki, kansler yaxın günlərdə Moskvaya sülh missiyası ilə gedəcək.
Bu məlumat Xristian Demokrat İttifaqı (XDİ) partiyasının bəzi üzvləri tərəfindən deyilib.
Məsələyə aydınlıq gətirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Almaniyadan Şoltsun mümkün səfəri ilə bağlı heç bir açıqlama və ya təklif almadıqlarını deyib.