AZ

Rusiyada illik inflyasiya 9,5%-ə yüksəlib

Rusiyada illik inflyasiya dekabrın 16-na 9,5%-ə yüksəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

“Dekabr ayında həftəlik məlumatlar artan inflyasiya təzyiqinin davam etdiyini göstərir ki, bu da rublun zəifləməsi ilə əlaqədardır”, – Mərkəzi Bankın press-relizində deyilir.

Mərkəzi Bankın məlumatına görə, baza inflyasiya səviyyəsi oktyabr-noyabr aylarında əvvəlki rübdə 7,6%-dən sonra orta hesabla 10,9%-ə yüksəlib.

Bundan əvvəl Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina yüksək inflyasiyanı xəstə insanın hərarəti, eləcə də yüksək ürək döyüntüsü ilə uzun məsafəyə qaçışla müqayisə edib.

phrase_var_article.chosen
13
nocomment.az

1phrase_var_article.sources