AZ

Milad yarmarkasında terror törədən şəxs BELƏ tutuldu – FOTO, VİDEO

Maqdeburqda kütləyə hücum edən terrorçu saxlanılıb. İlkin məlumata görə, bu, əslən Səudiyyə Ərəbistanından olan 50 yaşlı kişidir.

O, cinayət törətmək üçün avtomobil icarəyə götürüb. Hazırda yarmarka ərazisi mühasirəyə alınıb. Maşında hələ də partlayıcı maddələrin ola biləcəyi ehtimal edilir. Polis terror hadisəsində başqa şəxslərin də iştirak edib-etmədiyini araşdırır.

***

Almaniyanın Maqdeburq şəhərindəki Milad yarmarkasında baş verən avtomobil hücumunun şübhəlisi olan şəxsin saxlanıldığı bildirilib. Hadisə zamanı avtomobil izdihama sürətlə çırpılıb, nəticədə 20 nəfər həyatını itirib, 60-dan çox insan yaralanıb.

Musavat.com xəbər verir ki, hücumu həyata keçirən şəxsin 50 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı olduğu bildirilir. hüquq-mühafizə orqanları tərəfindən dərhal saxlanılıb. İlk araşdırmalara görə, hücumun məqsədli şəkildə həyata keçirildiyi ehtimal olunur.

Hadisə Maqdeburq şəhərinin mərkəzində, Milad yarmarkasında, xüsusilə insanların çox olduğu bir vaxtda baş verib. Şahidlər maşının sürətlə insanların olduğu yerə doğru yönəldiyini və ardınca böyük bir izdihamın yarandığını qeyd ediblər.

Müvafiq orqanlar hadisənin səbəblərini araşdırmağa davam edir və əlavə məlumatların veriləcəyi bildirilib.

 

photo_2024-12-20_23-14-54.jpg

phrase_var_article.chosen
18
4
tribunainfo.az

5phrase_var_article.sources