AZ

Arda Turan: “Həyatım boyu “Qalatasaray”lı olduğumu söyləmişəm”

“Bütün futbolçularımı ürəkdən təbrik edirəm. 1 xal qazandıq, amma oyunumuzla 3 xalı haqq etdik".

Apasport.az xəbər verir ki, bu sözləri "Eyüpspor"un baş məşqçisi Arda Turan deyib.

Mütəxəssis "Fənərbaxça" ilə matçı dəyərləndirib: "Joze Mourinyo kimi böyük bir məşqçi ilə mübarizə aparmaq mənim üçün çox yaxşı sınaq oldu. “Fənərbaxça” Tadiç üzərindən uğurlu oyun qururdu. Müdafiə xəttimizin ilk hissədəki çıxışından razıyam. Canerin epizodunda onun ciddi xəsarət ala biləcəyi üçün etiraz edirdim. “Fənərbaxça” klubuna böyük hörmətim var. Bütün oyunçular dəyərlidir”.

O, "Beşiktaş"a keçəcəyi ilə bağlı söz-söhbətlərə də reaksiya bildirib: “Hazırda “Eyüpspor”un baş məşqçisiyəm. “Beşiktaş” çox böyük bir klubdur. Amma real olmayan mövzular haqqında danışmaq hörmətsizlik olar. Həyatım boyu “Qalatasaray”lı olduğumu söyləmişəm”.

Qeyd edək ki, Super Liqanın XVII turunda "Eyüpspor" "Fənərbaxça" ilə heç-heçə edib - 1:1.

“Roma”nın sabiq baş məşqçisi Premyer Liqa klubunu çalışdıracaq

İspaniya klubu "Yuventus"un futbolçusu ilə danışıqlar aparır

Türk futbolçu karyerasını "İnter"də davam etdirə bilər

Messi “Mançester Siti”yə keçə bilər

"Tottenhem" - "Mançester Yunayted" matçında 7 qol - VİDEO

phrase_var_article.chosen
19
1
apasport.az

2phrase_var_article.sources