Bakı. Trend:
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Rusiya-Ukraynamünaqişəsində atəşkəs danışıqları ilə bağlı Moskvanı razı salmaqmümkün olub.
Trend xəbər verirki, bunu Orban həftəlik mətbuat konfransında deyib. Baş nazir qeydedib ki, yeni il ərəfəsində əldə oluna biləcək atəşkəs qısamüddətlisülh üçün ümid olduğunu göstərəcək.
"Atəşkəs 2-3 gün davam edə bilər. Bununla bağlı Ukraynanın damövqeyini dəyişməsi mümkündür", – Orban əlavə edib.
Orban, həmçinin Ukraynanın təxribatlara getməməsi lazım olduğunuvurğulayıb.
"Müharibə dövründə ən vacib məsələ strateji soyuqqanlılıqdır.Yeni il ərəfəsində atəşkəs təklifi hələ də gündəmdədir. UkraynaPrezidenti Volodimir Zelenski bu təklifi qəbul edib-etməmək barədəməsuliyyət daşıyır", – deyə Macarıstanın baş naziri bildirib.
Orbanın sözlərinə görə, artıq insanlar müharibədən vəsanksiyalardan yorulublar.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəlMacarıstanın vasitəçiliyindən imtina etdiyini açıqlamışdı.