AZ

Təbiətin ən güclü dəmir mənbələri.. orqanları gücləndirir

Dəmir çatışmazlığı bədən toxumalarına oksigen daşıyan qırmızı qan hüceyrələrinin azalması ilə izah olunur və yorğunluq, baş ağrısı, başgicəllənmə, nəfəs darlığı, dəri solğunluğu kimi simptomlarla müşahidə olunur.

News24.az e-saglam.az-a istinadən xəbər verir ki, bədən dəmir minerallarını özü istehsal etmir, buna görə də dəmir ehtiyacını qidalar vasitəsilə təmin etmək vacibdir.

Dəmir çatışmazlığının səbəbləri

– Qeyri-kafi qidalanma

– Çoxlu çay və qəhvə istehlakı

– Menstruasiya, hamiləlik, daxili qanaxma

– Malabsorbsiya pozğunluqları və bəzi infeksiyalar

Dəmirə zəngin qidalar

İçalat: Qaraciyər, beyin və böyrək kimi içalatar yüksək dəmir mənbəyidir. 100 qram içalatda orta hesabla 6,5 mq dəmir var.

Dəniz məhsulları: İstiridyə, midye və karides kimi dəniz məhsulları dəmirlə zəngindir. 100 qramında 3 mq heme dəmir var, bu da orqanizm tərəfindən asanlıqla sorulur.

Balıq: Ton balığı, sardina və skumbriya dəmirlə zəngin balıqlardandır. 85 qram ton balığı təxminən 1,4 mq dəmir ehtiva edir.

İspanaq: 100 qram xam ispanaqda 2,7 mq dəmir var. C vitamini ilə də zəngin olan ispanaq immuniteti gücləndirir.

Gündəlik dəmir ehtiyacı

Gündəlik dəmir ehtiyacı yaşa, cinsə, sağlamlıq vəziyyətinə və dəmir çatışmazlığı problemi olub-olmamasına görə insandan insana dəyişir. Ancaq yaşa və cinsə görə sağlam bir insanın gündəlik dəmir istehlakı aşağıdakı kimi olmalıdır.

0-6 aylıq körpələr üçün gündə 0,2 mq

7-12 aylıq körpələr üçün gündə 11 mq

1 yaşdan 3 yaşa qədər uşaqlar üçün gündə 9 mq

9-13 yaş arası uşaqlar üçün gündə 8 mq

14-18 yaş arası kişilər üçün gündə 11 mq

14-18 yaş arası qadınlar üçün gündə 15 mq

19-50 yaş arası qadınlar üçün gündə 8 mq

51 yaşdan yuxarı qadınlar üçün gündə 8 mq

19 yaşdan yuxarı kişilər üçün gündə 8 mq

Hamilə qadınlar üçün gündə 27 mq

Süd verən qadınlarda gündə 9 mq.

Dəmir çatışmazlığının qarşısını almaq üçün pəhrizinizə dəmirlə zəngin qidalar əlavə edin. Lakin əlavələri həkim nəzarəti olmadan istifadə etməyin.


Seçilən
25
9
news24.az

10Mənbələr