"Avroviziya 2025"də yarışacaq daha bir iştirakçının adı bəlli olub.
Ölkə.az Axşam.az-a istinadən xəbər verir ki, Niderland ölkəsini yarışmada təmsil edəcək ifaçının adını açıqlayıb.
Klod adlı müğənninin müsabiqədə hansı mahnını ifa edəcəyi bəlli deyil.
Qeyd edək ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçiriləcək. Yarışmanın birinci və ikinci yarımfinalları 13-15 mayda, final isə 17 mayda planlaşdırılıb. Gələn il mahnı müsabiqəsi yeni qaydalar əsasında keçiriləcək.
Bu il yarışmanın qalibi "The Code" mahnısı ilə İsveçrə təmsilçisi Nemo olub.