AZ

Praqada saxta silahlı təhlükə xəbəri yayan şəxs ittiham edilib

Bakı. Trend:

Çexiya polisi paytaxt Praqada çaxnaşma yaratmaq məqsədilə saxtaməlumat yayan bir şəxsi cinayət məsuliyyətinə cəlb edib.

Trend xəbər verirki, həmin şəxs şəhər mərkəzində silahlı bir şəxsin olduğunu iddiaedən yalan məlumat verdiyini etiraf edib.

Polisin X platformasında verdiyi məlumata görə, "təhdid barədəməlumat verən şəxs hər şeyi uydurduğunu dindirmə zamanı etirafedib. O, 'çaxnaşma mesajı yaymaq' cinayəti ilə ittiham olunur və bucinayətə görə üç ilədək həbs cəzası nəzərdə tutulur."

Dekabrın 19-da yayılan saxta məlumatda silahlı şəxsin ÇarlzUniversitetinin Fəlsəfə fakültəsinə doğru hərəkət etdiyi iddiaolunmuşdu. Hadisə yerinə dərhal onlarla polis əməkdaşı cəlb edilsədə, məlumatın yalan olduğu aşkar edilib. Daha sonra zəng edən şəxssaxlanılıb və məsuliyyətə cəlb edilib.

Seçilən
36
az.trend.az

1Mənbələr