AZ

“Bizim yaxşı futbolçularımız var, lakin millidə ümidləri tam doğrultmurlar”

“Episentr”ın baş məşqçisi və futbol eksperti Sergey Naqornyak Ukrayna millisinin DÇ-2026-nın seçmə mərhələsindəki qrupunu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, “sport.ua”ya müsahibəsində 53 yaşlı mütəxəssis Fransa ilə müqayisədə Xorvatiya ilə qarşılaşmağın Ukrayna millisi üçün daha münasib olduğunu bildirib.

O, İslandiya və Azərbaycan milliləri ilə görüşlərin də asan keçməyəcəyini qeyd edib:

“Əlbəttə, mən Ukrayna millisinin rəqibi qismində Fransanı yox, Xorvatiyanı görmək istərdim.

Fransızlar iki heyət yığa bilərlər. Xorvatlarda isə nəsildəyişmə prosesi gedir.

Prinsipcə, bütün komandalarla oyunlar asan keçməyəcək. İslandiya millisi yenidən səviyyəsinu artırır.

Bu rəqiblərlə çətin olacaq. Bizim yaxşı futbolçularımız var. Lakin hələlik onlar millidə ümidləri tam doğrultmurlar”.

Millimiz seçmə mərhələdə Ukrayna yığmasına qarşı ilk oyununu sentyabrın 9-da öz meydanında keçirəcək. Səfər matçı isə oktyabrın 13-nə təsadüf edəcək.

phrase_var_article.chosen
27
sportinfo.az

1phrase_var_article.sources