AZ

ADA Universitetinin İxtisasartırma Proqramı İqtisadiyyat Nazirliyinin Təlim Tədris Mərkəzi ilə birgə “Liderlik Bacarıqlarının İnkişafı” Proqramını yekunlaşdırıb

Bakı. Trend:

ADA Universitetinin İxtisasartırma Proqramı İqtisadiyyatNazirliyinin Təlim Tədris Mərkəzi ilə birgə təşkil etdiyi “LiderlikBacarıqlarının İnkişafı” Proqramını başa vurub.

Bu münasibətlə ADA Universitetində bağlanış mərasimi keçirilib,iştirakçılara sertifikatları təqdim edilib.

Mərasimin ilk çıxışçısı, ADA Universitetinin Akademik işlər üzrəprorektorunun müşaviri Aygün Hacıyeva qeyd edib ki, peşəkar mühitdədurmadan dəyişən yeni tendensiyalar, idarəetmədə tətbiq ediləninnovasiyalar fonunda dövlət qulluqçularının daimi inkişafınıntəmin edilməsi, onların liderlik bacarıqlarının inkişafıəhəmiyyətlidir. Bunları nəzərə alan İxtiasartırma Proqramı 30-dəkdövlət qurumunu təmsil edən 3000-dən çox dövlət qulluqçusununiştirakı ilə müxtəlif proqramlar təşkil edib və bu proqamlarözlüyündə qurumlararası bilik, bacarıq mübadiləsi platformasırolunu oynayıb.

İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Amil Əliliçıxış edərək kadr potensialının inkişaf etdirilməsinin əhəmiyyətinivurğulayıb. Bu istiqamətdə təşkil edilən proqramların yüksəkrəqabətli insan kapitalının formalaşdırılmasındakı rolu qeydedilib. A.Əlili proqramın səmərəli təşkilinə görə ADAUniversitetinə təşəkkürünü bildirib.

Proqam iştirakçıları təlimlərin idarəetmə, liderlik, komandaquruculuğu və nitq bacarıqlarının təkmilləşdirilməsi baxımındanfaydalı olduğunu qeyd ediblər.

Xatırladaq ki, iki aydır davam edən proqram 7 moduldan ibarətolub.

Həmin modullar liderlik bacarıqları, etiket və protokolqaydaları, habelə komandanın uğurlu idarə edilməsi və motivasiyakimi mövzuları əhatə edib. Strategiyanın planlaşdırılması vəicrası, dəyişikliklərin idarə edilməsi, danışıqların aparılması,nitq bacarıqları və liderlik ünsiyyəti məsələləri də modullarınmövzuları sırasında yer alıb.

Dövlət, özəl və akademik sektorun ekspertləri tərəfindən tədrisedilən və interaktiv formatda keçirilən proqramda iştirakçılartəqdimatlar, “beyin fırtınası” və real hadisə analizi kimisessiyalarda iştirak ediblər.

ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
Məqalədə:
Seçilən
15
3
az.trend.az

4Mənbələr