AZ

ABŞ itlər üçün kokainə 2,3 milyon dollar xərclədi

ABŞ hökuməti itlər üçün 2,3 milyon dollar məbləğində kokain alıb.

Ölkə.az Baku.ws-ə istinadən xəbər verir ki, bu qeyri-adi xərclərə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən yaradılan Dövlət Effektivliyi Departamenti (DOGE) diqqət çəkib.

Məlumata görə, itlər üçün narkotiklərə ayrılan vəsait Milli Sağlamlıq İnstitutuna yönəldilib.

"2,3 milyon dollar - Milli Sağlamlıq İnstitutuna itlərə kokain vurulması üçün ayrılıb",- deyə DOGE-nin "X" sosial şəbəkəsində yaydığı açıqlamada qeyd olunub.

Tədqiqatçılar kokaini itlərə naməlum preparatla birlikdə vuraraq onun orqanizmə təsirini öyrəniblər.

DOGE-nin məlumatına əsasən, ABŞ hökuməti bundan əlavə, anal iz vasitəsilə istifadəçini tanıya bilən və onun nəcis keyfiyyətini analiz edən ağıllı tualetlərin tədqiqi üçün 6,9 milyon dollar xərcləyib.

Seçilən
21
olke.az

1Mənbələr