AZ

Rusiyanın danışıqlar üçün SON ŞƏRTİ – Ukrayna müharibə yoxsa seçki VARİANTINI SEÇƏCƏK?

Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında Ukrayna ilə sülh danışıqları məsələsi barədə danışarkən bəyan edib ki, yalnız Ukraynanın legitim hakimiyyəti ilə masaya oturacaqlar:

“Rusiya Federasiyası sülh sənədlərini yalnız Ukraynanın qanuni hakimiyyəti ilə imzalamağa hazırdır. Biz Ukraynada prezident seçkilərindən sonra istənilən şəxslə, o cümlədən Volodimir Zelenski ilə danışacağıq”.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna ÇIXILMAZ DURUMDA – Sülh danışıqları Zelenskinin SONUNU GƏTİRƏCƏK?


Qeyd edək ki, Ukraynada hazırkı Prezident Volodimir Zelenskinin səlahiyyət müddəti bu ilin mayında başa çatıb. Lakin müharibə vəziyyətini nəzərə alaraq, ölkədə prezident seçkilərinin keçirilməsi qeyri-müəyyən müddətə qədər təxirə salınıb.

Bu fonda Rusiya rəsmiləri ən yüksək səviyyədə dəfələrlə bəyan ediblər ki, Ukraynada legitim hakimiyyət yoxdur.

Qeyd edək ki, ABŞ-da Donald Trampın Prezident seçilməsindən sonra Ukrayna savaşının bitəcəyinə olan ümidlər artıb. Trampın hakimyyətə gələn kimi, münaqişəni dayandıracağı barədə vədi bir çoxlarında belə təəssürat yaradıb ki, müharibə tezliklə dayanacaq və tərəflər danışıqlar masasına əyləşəcəklər. Hətta Zelenskinin son açıqlamaları da Kiyevin mövcud situasiya ilə barışmaq məcburiyyətində qaldığını göstərir.

Belə bir vəziyyətdə Putinin sözügedən açıqlaması nəyə hesablanıb?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın yalnız legitim hakimiyyəti ilə danışıqlara hazır olması barədə məlum açıqlaması Moskvanın heç də danışıqlardan imtina etməsi anlamında qəbul edilməməlidir:

“Əksinə bu mövqe tam mənada beynəlxalq hüquqa sayğı və hörmətdən irəli gəlir. Ukraynanın hazırda özünü prezident kimi təqdim edən şəxsinin dövlət başçısı kimi səlahiyyət müddəti bu ilin mayında başa çatıb. Zelenski ölkənin müharibə vəziyyətində olduğunu qeyd edərək prezident seçkilərinə getməkdən imtina etmiş və qanunvericiliyə zidd olaraq seçicilərin etimadını qazanmadan dövlətə rəhbərlik etməyə davam edir”.

“Zelenski danışıqlar masasına oturmaq istəyirsə...”

Ekspert qeyd edir ki, Ukrayna qanunvericiliyində ölkənin müharibə vəziyyətində olduğu zaman prezident seçkilərinin dayandırılması və ya keçirilməməsi ilə baglı hüquqi müddəa yoxdur:

“Digər tərəfdən müharibə Ukraynada Ali Radaya seçkilərin keçirilməsinin qarşısının alınmasına təsir göstərməyib. Bu mənada Zelenskinin seçkilərin keçirilməməsi ilə baglı məlum mövqeyi ən azı sağlam məntiqə ziddir.

Hazırda Ukraynada legitim hakimiyyət Ali Rada, yəni qanunverici hakimiyyətdir. Qanunvericilik baxımdan prezidentdən sonra ikinci məsul şəxs Radanın başçısıdır. Bu konteksdə Rusiya indiki şəraitdə danışıqları Radanın başçısı ilə apara bilər ki, Putin də əvvəllər dəfələrlə bu məqama toxunub.


Zelenski danışıqlarda Ukraynanı dövlət başçısı kimi təmsil etmək istəyirsə, o gələn il Ukraynada keçiriləcək prezident seçkilərinə qatılmalı, seçicilərin mutləq əksəriyyətinin etimadını qazanıb, legetim prezident olaraq Ukraynanı təmsil etmək huququnu əldə etməlidir”.

Rüfət Sultan, Bizim.Media 

phrase_var_article.chosen
10
bizim.media

1phrase_var_article.sources