AZ

ABŞ-da universitetlər beynəlxalq tələbələri Trampın andiçməsinə qədər ölkəyə qayıtmağa çağırıb

Vaşinqton, 21 dekabr, AZƏRTAC

ABŞ-da universitet və kolleclər beynəlxalq tələbələri yeni prezident seçilmiş Donald Trampın andiçmə mərasiminə qədər kampuslara geri qayıtmağa çağırıb. AZƏRTAC-ın məlumatına görə, təhsil müəssisələri Trampın birinci administrasiyası dövründə etdiyi kimi indi də ABŞ-a səfər qadağaları irəli sürəcəyindən narahat olduqları üçün bu addımı atıblar. Çağırışa qoşulan universitet və kolleclərin sayı hər gün artır.

Bəzi müəssisələrdə yaz semestri Tramp vəzifəyə gəlməzdə əvvəl başlayır. Lakin ABŞ-da qalmaq imkanı akademik vizadan asılı olan hər kəsin riskləri azaltmaq üçün yanvarın 20-dək ABŞ-a qayıtmaları tövsiyə edilib.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
phrase_var_article.chosen
18
2
azertag.az

3phrase_var_article.sources