Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Anderson Talişka karyerasını Türkiyədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, "Fənərbağça" artıq 30 yaşlı braziliyalı forvardla müqaviləni tamamlamaq üzrədir. Tərəflər hazırda danışıqlar aparır və ortaq məxrəcə gəlməyə son dərəcə yaxındırlar.
Bu mövsüm Səudiyyə Ərəbistanında 10 oyuna çıxan Anderson Talişka bu görüşlərdə 6 qol vurub.
Xatırladaq ki, Talişka 2016-2018-ci illərdə "Beşiktaş" ın şərəfini qoruyub.
Mirağa