“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsin 2023-cü il dekabrın 31-nə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatı dərc olunub.
Marja.az hesabata istinadən xəbər verir ki, publik hüquqi şəxs 2023-cü ili 770 min manat xalis zərər ilə başa vurub.
“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin gəliləri 2022-ci ildə 487 min manat ikən, 2023-cü ildə 6 milyin 156 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən publik hüquqi şəxs ötən ili zərər ilə bağlayıb.
Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti adları çəkilən rayonlara əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.