Rusiyada gecə klubunda dəhşətli faciənin qarşısı son anda alınıb. Belə ki, Saxa Respublikasında (Yakutiya) yerləşən Lensk şəhərindəki gecə klublarından birində fişəngin partlaması ciddi yanğına səbəb olub. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Paylaşımda qeyd edilib ki, əyləncə müəssisəsi Proletarskaya küçəsində yerləşir və ən azı 50 nəfərin iştirak etdiyi şənlik zamanı binada qəfl yanğın baş verib: "Yanğın 15 kvadratmetr ərazini əhatə edərək divarları və tavanı bürüyüb. Bundan əlavə, avadanlıqlar yanıb.
Yanğına səbəb fişənglərdən istifadə zamanı təhlükəsizlik tədbirlərinə riayət edilməməsi olub”, - deyə paylaşımda yazılıb.
O da vurğulanıb ki, əvvəlcə tədbir iştirakçılarından heç biri yanğına əhəmiyyət verməyib. İnsanlar əylənməyə davam ediblər. Lakin sonda müəssisənin işçiləri qonaqları bayıra çıxarmaq qərarına gəliblər.
"İlkin olaraq, heç kim xəsarət almayıb", - nəşr yazır.
Tural