AZ

Bəşər tarixinin ən qəddar təcrübələrindən birincisi: Divara diri-diri basdırılmaq

Orta əsrlərdə istifadə edilən cəza üsulu olan “immurement”, yəni diri-diri həbs olunaraq ölümə buraxılmaq indiyə qədər eşitdiyiniz ən qorxulu şey ola bilər. Bu üsul xüsusilə kahinlərdən və rahiblərdən tutmuş padşahlara və cinayətkarlara qədər bir çox insanlara tətbiq olunurdu. O qədər ki, bəzi qurbanlar aylarla yavaş-yavaş ölümə yaxınlaşdılar.

 

Sfera.az bəşər tarixinin ən qəddar təcrübələrindən bəlkə də birincisi hesab olunan diri-diri divara həbs edilmə və onun tarixini təqdim edir.

 

 

“İmmurement” insanın qaçmaq şansı qoymadan tamamilə qapalı məkana bağlanması deməkdir. Çox vaxt bu üsul tabuta bənzər qutunun içərisinə qoyulma və ya divarın içərisinə salınma ilə bağlı idi.

 

Bu dəhşətli təcrübə Romalılardan tutmuş orta əsr kilsələrinə qədər bir çox mədəniyyətlərdə məşhur cəza üsulu idi. Katolik Kilsəsi xüsusilə keşiş və rahibələri iffət vərdişlərini pozduqları və ya azğın fikirlər ifadə etdikləri təqdirdə bu şəkildə cəzalandırırdı.

 

 

Divarlar arasına həbs edilmiş bu insanlar yalnız kiçik bir çuxurdan yemək və su verilməklə yaşamağa məcbur olmuş, sonunda tənhalıq və aclıqdan ölmüşlər.

 

Bu cəzanın ilk nümunələri Roma İmperiyasına aiddir. Evin və ailənin ilahəsi Vestaya ithaf edilən Vestal Bakirə qızlara iffət vədlərini pozduqları zaman qan tökmək dini və qanuni olaraq qadağan edilmişdi. Əvəzində cəza olaraq onları yeraltı kameraya bağlayıb ölümə buraxırdılar.

 

 

İçərisində yalnız bir az yemək və su qoyulurdu. Beləliklə, ölüm zamanın ixtiyarına buraxılırdı.

 

Təəccüblüdür ki, bu cəza üsulu 20-ci əsrə qədər mövcud olub. 1903-cü ildə bir səyyah İranda daş sütunlar arasında diri-diri basdırılmış insanların qışqıraraq kömək çağırdığının şahidi olduğunu yazıb.

 

Xanım

 

Seçilən
9
1
sfera.az

2Mənbələr