İngiltərənin “Tottenhem” komandasının baş məşqçisi Angelos Postekqolu maraqlı açıqlaması ilə futbol ictimaiyyətinin diqqətini çəkib.
Arena.az BBC-yə istinadən, yunanəsilli avstraliyalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bu iş hazırda həyatın istənilən sahəsi ilə müqayisədə ən çətin işdir. Baş nazir olmaq daha çətindir? Bəli, amma bəs neçə dəfə seçki keçirir? Məndə hər həftə sonunda seçki var. Biz ya qalib gəlirik, ya da məğlub oluruq”, deyə “Ange” bildirib.
Angelos Postekoqlu “Tottenhem”in sükanı arxasına 2023-cü ilin iyulunda keçib.
Postekoqlunun “Tottenhem”lə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Çalışdırdığı müddətdə “Ange” “mahmızlar”ı 66 oyuna çıxarıb, 34 qələbə qazandırıb, 10 oyunda heç-heçə, 22 oyunda isə məğlubiyyət yaşayb. Top fərqi isə 134:99 nisbətindədir.
Postekoqlunun “Tottenhem”i 2023/2024-cü illər İngiltərə Premyer Liqasını 66 xalla 5-ci pillədə başa vurub və cari mövsümdə Avropa Liqasında iştirak hüququ əldə edib. Maraqlıdır ki, “mahmızlar” ötən mövsüm boyu zədələrdən əziyyət çəksələr də, Postekqolu komandanın sükanını taraz saxlaya bilib. Beləliklə, ötən mövsmün bitməsilə 59 yaşlı yaşlı mütəxəssis klub rəhbərliyinin etimadını bir daha qazanıb.