AZ

"Trampın inauqurasiyasından sonra sülh şansı daha çox olacaq" -Siyarto

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın rəhbərliyi altında Ukrayna münaqişəsinin həllinə nail olmaq şansları həmişəkindən daha çox olacaq. Bu barədə Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto Rusiya mediasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin administrasiyası və bir sıra Qərb siyasətçilərinin yanvarın 20-də Trampın andiçmə mərasiminə qədər hər hansı addım atıb-atmayacağı sual altındadır. Diplomat qeyd edib ki, bu, sürətli sülh prosesini xeyli çətinləşdirə və qeyri-mümkün edə bilər.

Siyarto əlavə edib ki, bu il noyabrın əvvəlində ABŞ-da keçirilən prezident seçkilərindən sonra okeanın hər iki tərəfində gərginliyə dair böyük risk daşıyan qərarlar qəbul edilib. Xüsusilə, o, Ukraynanın Rusiya ərazisinin dərinliklərinə qədər uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verilməsini, habelə ukraynalıları səfərbərlik üçün çağırış yaşını aşağı salmağa məcbur edilməsini qeyd edib.

Nazir belə hesab edir ki, bütün bu qərarlar Ukrayna münaqişəsinin gərginləşməsinə gətirib çıxara bilər və Macarıstan bundan qaçmaq istəyir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
19
news365.az

1Mənbələr