AZ

“Ciyəraxşamı”ndan sonra kütləvi dava - 4 nəfər xəstəxanalıq oldu

Ucar rayonunda qohumlar arasında kütləvi dava olub.

“Qafqazinfo” xəbər verir ki, gecə saatlarında rayonun Bağman kəndində keçirilən “ciyəraxşamı” məclisindən sonra bir qrup şəxs arasında münaqişə baş verib.

Nəticədə yaxın qohum olan 1975-ci il təvəllüdlü Əlisahib Ağasəlim oğlu Səlimov, 2003-cü il təvəllüdlü Nicat Əlisahib oğlu Səlimov, 1975-ci il təvəllüdlü Mehman Muğdət oğlu Səfərəliyev və 1991-ci il təvəllüdlü Mansur Mahsud oğlu Səfərəliyev müxtəlifdərəcəli xəsarətlər alıblar. Onlar Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan saytımıza bildirilib ki, faktla bağlı Ucar RPŞ-də təhqiqat araşdırmaları aparılır. Tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Lent.az saytı yayıb.

Seçilən
22
7
qafqazinfo.az

10Mənbələr