Bu gün Azərbaycan Basketbol Liqasında VIII turun daha 3 görüşü keçiriləcək.
İdman.biz xəbər verir ki, iki matç Bakıda, digəri Lənkəranda baş tutacaq.
Əvvəlcə A qrupunun lideri “Sabah” “Abşeron”la qarşılaşacaq. Qrupun digər matçında “Naxçıvan” “Sərhədçi”ni sınağa çəkəcək.
B qrupunun yeganə matçında “Lənkəran” öz meydanında “Quba” ilə qarşılaşacaq. Meydan sahibləri 4, qonaqlar isə 2 oyunluq məğlubiyyət seriyasına son qoymaq arzusundadırlar.
Qeyd edək ki, turun ilk matçında “Neftçi” NTD-ni 81:68 hesabı ilə məğlub edib. Dekabrın 22-də isə "Gəncə" "Ordu" ilə, "Sumqayıt" "Şəki" ilə üz-üzə gələcək.
Azərbaycan Basketbol Liqası
VIII tur
21 dekabr
A qrupu
12:00. "Sabah” – “Abşeron”
Sərhədçi İdman Mərkəzi
16:00. “Naxçıvan” – “Sərhədçi”
Sərhədçi İdman Mərkəzi
1 | Sabah | 7 | 6 | 1 | 566-482 | 13 |
2 | Naxçıvan | 7 | 6 | 1 | 563-508 | 13 |
3 | Abşeron | 7 | 4 | 3 | 504-537 | 11 |
4 | Sərhədçi | 7 | 3 | 4 | 498-527 | 10 |
5 | Neftçi | 8 | 2 | 6 | 571-616 | 10 |
6 | NTD | 8 | 1 | 7 | 591-669 | 9 |
B qrupu
14:00. “Lənkəran” – “Quba”
Lənkəran OİK
1 | Gəncə | 7 | 6 | 1 | 608-505 | 13 |
2 | Şəki | 7 | 5 | 2 | 609-532 | 12 |
3 | Ordu | 7 | 4 | 3 | 624-563 | 11 |
4 | Sumqayıt | 7 | 2 | 5 | 569-688 | 9 |
5 | Lənkəran | 7 | 2 | 5 | 538-625 | 9 |
6 | Quba | 7 | 2 | 5 | 570-609 | 9 |
İdman.biz