AZ

Tramp yardımı kəsərsə, Ukrayna bir neçə aya uduzacaq -"Bloomberg"

Əgər ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya ilə razılaşma əldə etmək üçün Ukraynaya yardımı kəsərsə, Kiyev açıq məğlubiyyət ehtimalı ilə üzləşəcə. Bu barədə Bloomberg yazıb.

Qeyd olunub ki, yardım dayansa, Ukrayna Silahlı Qüvvələrinin sərəncamında olan Amerika tankları, hava hücumundan müdafiə sistemləri və raket buraxılış qurğularının bir neçə ay ərzində döyüş sursatı tükənəcək.

"Eyni zamanda, Ukraynanın avropalı müttəfiqlərinin ABŞ-dən silah tədarükünü əvəz etmək üçün istehsal gücü də yoxdur",- məqalədə deyilir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
13
news365.az

1Mənbələr