AZ

İlyas Hüseynov: “Oxucuya qərəzsiz, dəqiq, hərtərəfli təhlil edilən informasiya çatdırılmalıdır”

İnformasiya texnologiları dəyişdikcə mediada da yeniliklər hiss olunur. Xəbərə əlçatanlıq, istənilən mövzuda informasiya almaq əvvəlki illərələ müqayisədə xeyli asanlaşıb. Bu yenilik həm də, medianın yeni qaydalarla işləməsinə şərait yaradıb. Sosial medianın inkişafı, bu sahədə rastlaşdığımız neqativlər medianın əsas problemidir. Amma peşəkarlıq bu neqativləri arxa plana atanda oxucu dərhal doğru ilə yalanı bir-birindən ayıra bilir.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov bildirdi ki, yeni geosiyasi reallıqlar fonunda media sahəsində peşəkarlığın artırılması öz aktuallığını qoruyur:

“44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri də bizim üçün yaxşı təcrübə oldu ki, biz qlobal media ilə də işləyə bilək və beynəlxalq təcrübəni öyrənək. Qardaş Türkiyə bu sahədə bizə böyük dəstək oldu və əvəzsiz xidmətlər göstərdi. Türkiyənin media sahəsində böyük ənənləri var və təcrübəsi genişdir və bu təcrübədən bizim jurnalist dostlarımız da istifadə edir. Ölkəmiz əleyhinə olan təhdidləri, məkrli planların ifşa edilməsində medianın rolu böyükdür. Dövlətin möhkəmlənməsində, milli maraqlarımızın müdafiəsində də media önəmli rol oynatır. Digər tərəfdən, Cənab Prezident İlham Əliyev Rusiya mətbuatına verdiyi müsahibədə xarici media resurslarının ölkəmizə müdaxiləsi və medianın sağlamlaşdırılması məsələsinə toxundu. Bu, çox önəmli qeydlər idi.

Ayrı-ayrı dövlətlərdə media vasitəsi ilə ölkənin təməl sütunları, dayaqları sarsıdılır və bəzi ölkələrə bu vasitə ilə müdaxilə olunur, daxildə çaxnaşma yaradılır. Ona görə də, Azərbaycanda media savadlılığına ciddi fikir verilməlidir. Yalnız bundan sonra mənfi tendensiyaların ölkəmizə ayaq açmasına imkan verilməsinin qarşısı alına bilər. İnformasiyanı istehsal edən jurnalist və xəbəri istehlak edən oxucu arasında ünsiyyət olmalıdır. Bu ünsiyyət peşəkarlıqdan keçir. Jurnalist oxucuun nə istədiyini anlamalı və ondan dəqiq informasiya gözləyən kütləyə qərəzsiz, dəqiq, hərtərəfli təhlil edilən informasiya çatdırmalıdır. Bəzən çatdırılan informasiyanın xəbər yükü aşağı olduğundan anlaşılan olmur. Yəni, xəbər bir neçə cümlədən ibarət olsa da, fikir aydınlığı, və cəmi iki-üç cümləylə informasiyanın çatdırmaq bacarığı jurnalistdən peşəkarlıq tələb edir”.

Daha sonra, oxucuların da diqqətli olmalırının vacibliyinə toxunan İlyas Hüseynov qeyd etdi ki, ötürülən informasiyanın fərqinə varmalmalıdır:

“Bəzən həqiqəti əks etdirməyən informasiyalar tez-tez rastımıza çıxır. Deməli, peşəkar jurnalistlər diqqətli olmalıdır. Bunun psixoloji tərəfləri də var. Mən dəfələrlə xarici ölkələrdə bu cür təlimlərdə iştirak etmişəm. Orada da saxta informasiyaların doğru xəbərlərdən ayrıd edilməsi geniş müzakirə olunur. Çox vaxt müxtəlif media qurumları, saytlar informasiya resursları yoxlanılmayan, rəsmi səviyyədə öz təsdiqini tapmayan məlumatları yayaraq ölkəmiz əleyhinə fəaliyyət göstərən şər maşının dəstəkçisinə çevrilirlər. Özləri də bilmədən dezinformasiyanı tirajlayır və qarşı tərəfə yardımçı olurlar. Ona görə də, yalnız rəsmi və öz təsdiqini tapan informasiyalara müraciət olunmalıdır. Dövlətin müvafiq strukturları bütün məlumatları vaxtında çatdırır. Dövlət qurumlarının mətbuat xidmətləri də əl çatan olmalıdır. Qaynar xətlər işləməlidir. Media ilə birbaşa ünsiyyətdə olmalıdırlar ki, mətbuat insanların informasiya aclığını təmin edə bilsin. Bu dövlət strukturlarıyla media arasında mühüm zəncirdir. Burada hər bir element ölkənin media siyasətini həyata keçirir və icra edir. Bu baxımdan media savadlılıının artırılması ilə bağlı tədbirlər önəmlidir. Ərazi bütövlüyünü, suverenlini bərpa etmiş dövlət kimi media sahəsinə də diqqət ayrılmalı və önəmli işlər həyata keçirilməlidir”.

Vəli Həsənoğlu,

KONRET.az

phrase_var_article.chosen
12
1
konkret.az

2phrase_var_article.sources