"Pink Floyd" qrupunun qurucusu, məşhur musiqiçi Rocer Uoters Rusiya mediasına diqqət çəkən açıqlamalar verib. O siyasətdən danışarkən Ukrayna lideri Volodimir Zelenskini psiləyib. Uoters bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaqda heç bir məna görmür.
"Mən hətta bu mənada sözləri boş yerə sərf etməzdim...",- o qeyd edib.
Musiqiçi əlavə edib ki, iki il ərzində Ukrayna sakinlərinin yarısı ölkəni tərk edib, cari ilin sonuna qədər isə daha bir neçə milyon insan ölkəni tərk edəcək. Bununla bağlı o, sual edib: "Niyə indiki Ukrayna hakimiyyəti altında kimsə orada yaşamaq istəməlidir?”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural