AZ

“Neftçi”nin baş məşqçisi: “Daha yaxşı oyun sərgiləyəcəyik”

"Ümid edirəm ki, zamanla çatışmazlıqları aradan qaldıracaq və daha yaxşı oyun sərgiləyəcəyik".

Apasport.az xəbər verir ki, bunu "Neftçi” basketbol klubunun baş məşqçisi Omid Movahed Nejat deyib.

O, klubun mətbuat xidmətinə açıqlamasında NTD ilə görüşü (81:68) dəyərləndirib: "Komanda ilk hissədə həm hücum, həm də müdafiədə yaxşı oynadı. İkinci yarının başlanğıcında bir az müdafiədə və hücumda problemlər yaşadıq, top itkilərimiz oldu və rəqib komanda da çox yaxşı hücumlar təşkil etdi. Ancaq oyunun sonuna doğru yenidən nəzarəti ələ aldıq və qələbə qazandıq. Növbəti oyunumuz "Sərhədçi"yə qarşı olacaq. Sabahdan həmin görüşün hazırlıqlarına başlayacağıq".

ABL: VIII tura bir oyunla start veriləcək

"Şəki"nin baş məşqçisi: "Bu, bizə əlavə motivasiya verdi"

"Quba"nın baş məşqçisi: "Mövsümün əsas hissəsi qarşıdadır"

NBA-da çempion bəlli olub

ABL: VII turun növbəti görüşləri keçiriləcək

Seçilən
6
1
apasport.az

2Mənbələr