Əgər ABŞ Rusiyanı vurmağa cəhd etsə, uğursuzluğa düçar olacaq. Əslində Vaşinqtonun belə bir addım atmaq üçün geniş maddi və texniki imkanları yoxdur. Bu barədə məşhur amerikalı hərbi analitik Uill Şrayver X sosial şəbəkəsindəki (keçmiş Twitter-red.) səhifəsində bildirib.
"Onların (ABŞ-nin - red.) hətta qısamüddətli, yüksək intensivlikli hücuma tab gətirmək üçün maddi-texniki vasitələri yoxdur",- o qeyd edib.
Şrayverə görə, ABŞ Rusiyaya hücum etsə, Avropadakı Amerika hərbi bazaları son dərəcə həssas vəziyyətdə olacaq. Hərbi analitikin fikrincə, Polşa və Baltikyanı bazalar münaqişənin kəskinləşməsindən sonra bir neçə saat ərzində fəaliyyətini dayandıracaq.
Tural