AZ

Bağça müdiri vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir

Bakı. Trend:

Məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə işə qəbulüzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumatagörə, müsabiqənin test imtahanı mərhələsində 480 namizəd dəvətedilib.

Bu mərhələdə hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə,oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunuistiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumi 60 sual təqdimedilir. Göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqlaümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibəmərhələsində iştirak etmək hüququ qazanırlar.

Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində kadrpotensialının yaxşılaşdırılması əsas hədəflərdəndir. Bu istiqamətdəMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindənmütəmadi tədbirlər həyata keçirilir.

phrase_var_article.chosen
31
21
az.trend.az

10phrase_var_article.sources