AZ

Aİ Suriya üçün donor konfransı keçirəcək

Avropa İttifaqı (Aİ) Suriyaya dəstək üzrə 9-cu Brüssel Konfransı da daxil olmaqla, ölkənin yenidən qurulması planlarının nəzərdən keçirildiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sözçüsü Anouar El Anouni gündəlik mətbuat konfransında sualları cavablandırıb.

"Baas rejiminin süqutundan sonra Suriyada vəziyyəti normallaşdırmaq və böhranı daimi həll etməyin yolu ölkənin yenidən qurulmasından keçir. Aİ-nin bu məsələ ilə bağlı dəqiq planları varmı?" sualına cavab olaraq Anouar El Anouni bildirib ki, bu məsələ ilə bağlı araşdırmalar nəzərdən keçirilir.

2017-ci ildən Brüsseldə keçirilən konfransa toxunan Anouar El Anouni Suriyaya dəstək üzrə donor konfransı üçün işlərə başlanıldığını bildirib.

Yenidənqurma üçün atılacaq addımların nəzərdən keçirildiyini vurğulayan Anouar El Anouni, "Ancaq bunların hara aparacağını təxmin etmək hələ tezdir" deyib.

Aİ-nin dekabrın 16-da Dəməşqə yüksək səviyyəli diplomatik nümayəndə heyəti göndərdiyini xatırladan Anouar El Anouni, "Bu, nümayəndəliyin indi tam olaraq açıldığı anlamına gəlmir. Aİ müvəqqəti işlər vəkilinin müntəzəm missiyaları vasitəsilə fəaliyyətini davam etdirəcək. Səfirlik tamamilə açılana və Dəməşqdə yenidən fəaliyyətə başlayana qədər işlər davam edəcək" deyib.

Liderlər Zirvə toplantısında Aİ Suriyada qəbul olunacaq yanaşma ilə bağlı razılığa gəlib.

Aİ Şurasının sədri Antonio Kosta “Biz dinc və əhatəli keçidi təmin etmək, ərazi bütövlüyünü qorumaq, insan hüquqlarına, o cümlədən qadın hüquqlarına hörməti təmin etmək, dini və etnik azlıqları qorumaq istəyirik” deyə bildirib. 

Aİ Komissiyasının sədri Ursula von der Leyen də “Heyət Təhrir əş-Şam (HTŞ) silahlı qruplaşmasının lideri Əbu Məhəmməd əl-Colani ilə siyasi danışıqlar üçün kanallar yaratdıq. Bunlar humanitar yardımımız üçün artıq mövcud kanallarımıza əsaslanır.

Hazırda həmin ərazidə olmaq və HTŞ və digər qruplarla siyasi kanallarımızın olması önəmlidir. Baş diplomatımızın Dəməşqə getməsi də müsbət addımdır” deyib.

phrase_var_article.chosen
14
cebheinfo.az

1phrase_var_article.sources