AZ

Premyer Liqa klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bakı,21 dekabr, AZƏRTAC

“Kəpəz” komandası iki futbolçusu ilə yollarını ayırıb.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Gəncə klubu malili hücumçu Lassan N'Diaye və albaniyalı yarımmüdafiəçi Redon Mihana ilə vidalaşıb.

Hər iki oyunçu ilə müqaviləyə vaxtından əvvəl xitam verilib.

Qeyd edək ki, Lassan N'Diaye və Redon Mihana bu mövsümün əvvəlində “Kəpəz”ə transfer olunmuşdu.

Seçilən
8
2
azertag.az

3Mənbələr