AZ

BMT-dən müharibədə dinc sakinlərin öldürülməsi ilə bağlı dəhşətli statistika

Rusiya Federasiyası ilə Ukrayna arasında genişmiqyaslı müharibə başlayandan bəri BMT 12,3 mindən çox mülki şəxsin həlak olmasını qeydə alıb. Bundan başqa, 27,8 mindən çox insan xəsarət alıb.

Bu fikirləri BMT baş katibinin tərksilah işləri üzrə müavini İzumi Nakamitsu Təhlükəsizlik Şurasında səsləndirib.

O deyib: "24 fevral 2022-ci ildən 30 noyabr 2024-cü il tarixədək Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Ukraynada 12 340-dan çox mülki şəxsin ölüməsini və 27 836 yaralının olmasını qeydə alıb", - BMT rəsmisi bildirib.

Onun sözlərinə görə, noyabrda Ukrayna vətəndaşlarının təxminən 42%-nin ölümünə rusların uzaqmənzilli silahlardan istifadə etməsi səbəb olub. Bu rəqəm əvvəlki ayların göstəricilərini xeyli üstələyir. Təkcə noyabr ayında hava zərbələri nəticəsində 341 dinc sakin həlak olub.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

phrase_var_article.chosen
17
news365.az

1phrase_var_article.sources