AZ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ

Ötən gecə Azərbaycan-Ermənistan sərhədində 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər baş verib, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.

Öz növbəsində Fövqəladə Hallar Nazirliyi bildirib ki, zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb.

Ermənistan hakimiyyəti isə bildirib ki, zəlzələlər Azərbaycanın Kəlbəcər rayonundan 30 kilometr cənubda qeydə alınıb. Episentrdə yeraltı təkanların gücü 6 bal olub. Zəlzələ Ermənistanın Cermuk şəhərində 4-5, Vayots Dzorda 2-4, Sünikdə 2 bal gücündə hiss olunub.

phrase_var_article.chosen
10
turan.az

1phrase_var_article.sources