AZ

Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan dəyəri 48 milyon 108 min 250 dollar həcmində 773 min 961 ton sement ixrac edilib.

Azərbaycan alüminiumu xaricə neçəyə ixrac edir? - QİYMƏT

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 980 min dollar və ya 4,29% artıb, miqdar ifadəsində isə 31 min 195 ton, başqa sözlə, 3,87% azalıb.

Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında isə Azərbaycandan 46 milyon 127 min dollar dəyərində 805 min 156 ton sement ixrac edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında ixrac edilən sementin 1 kiloqramının orta ixrac dəyəri 10 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 9 qəpik idi. Bu da illik müqayisədə 1 qəpik və ya 11,1% artım deməkdir.

Bu il ümumi ixracının 0,20%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,56%-i sementin payına düşüb.

 

phrase_var_article.chosen
15
fed.az

1phrase_var_article.sources