Dekabrın 21-i səhər saatlarında azı 7 PUA Rusiyanın Kazan şəhərinə zərbələr endirib.
“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, PUA-ların bəziləri yaşayış binalarını vurub, onlardan biri 32 mərtəbəli elit binaya düşüb.
Bəzi məktəblərdə şagirdlərin evakuasiya edildiyi bildirilir. Kazan hava limanı təyyarələrin uçuşunu və qəbulunu müvəqqəti dayandırıb. Rəsmi məlumatlara görə, PUA-lardan biri sənaye müəssisəsini vurub.
“AzPolitika.info”