Yəməndən dekabrın 21-i səhər saatlarında Təl-Əvivə endirilən raket zərbəsi nəticəsində 16 nəfər yaralanıb...
Bu barədə Report "Reuters"ə istinadən xəbər verir.
"İsrail hərbçiləri Yəməndən atılan və Təl-Əvivə düşən mərminin qarşısını almaq cəhdinin uğursuz olduğunu bildiriblər. Milli tibb xidməti 16 nəfərin yüngül yaralandığını qeyd edib", - agentlik bildirib.
Husilər "Fələstin 2" adlı hipersəs ballistik raketdən istifadə etdiklərini bildiriblər.
"Raket hədəfi dəqiq vurub, müdafiə sistemləri zəif qalıb", - husilərin nümayəndəsi Yəhya Sari qeyd edib.
Poliqon.info