Ukraynanın Kazana dron hücumunda ümumilikdə indiyədək 8 PUA uçuşu qeydə alınıb. Pilotsuz təyyarələrdən biri sənaye müəssisəsinə hücum edib, digəri çayın üzərində vurulub. 6 pilotsuz təyyarə yaşayış binalarını vurub.
Azpost.info bildirir ki, PUA-lar Kamaleyev prospekti, Klara Setkin küçəsi, Yukozinskaya, Xadi Taktaş, Krasnaya Pozitsiya küçəsindəki binalara və Orenburqski trakt küçəsindəki evə düşüb. Onlar dronları pulemyotlarla vurmağa cəhd ediblər.
Şəhərin ən hündür binası, Kamaleyev prospektindəki Azure Skies yaşayış kompleksi iki PUA ilə eyni anda vurulub. Hazırda orada yanğındır.
Hələlik itkilər barədə məlumat yoxdur. Sənaye müəssisələrindəki növbələr boşaldılıb və sığınacaqlardadır. Həftəsonu şəhərdə kütləvi tədbirlər ləğv edilib. Hücum zamanı sakinlər metro stansiyalarına sığınmağa başlayıb. Kazan hava limanında “Xalça” planı tətbiq edilib.