AZ

Şərtlər dəyişir, sülh razılaşması artıq mümkün olacaq - XİN rəhbəri

Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli ilə bağlı danışıb.

Teleqraf.com xəbər verir ki, XİN rəhbəri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dövründə sülh sazişinin əldə olunması şansının həmişəkindən daha yüksək olacağını vurğulayıb.

"Prezident Tramp vəzifəyə gəldikdən sonra, düşünürəm ki, sülh razılaşması əldə etmək şansları həmişəkindən daha çox olacaq", - nazir deyib.

Onun sözlərinə görə, indi əsas sual Trampın dövlət başçısı vəzifəsinə başlamazdan əvvəl hazırkı Amerika administrasiyası və müharibə tərəfdarı olan Qərb siyasətçilərinin eskalasiyanı artıracaq və sürətli sülh prosesini qeyri-mümkün edəcək hər hansı addım atmağa vaxtının olub-olmayacağıdır.

Bundan əvvəl Peter Siyarto Moskvada general-leytenant İqor Kirillova qarşı törədilmiş terror aktının Rusiya ilə Ukrayna arasında sülhün bağlanmasına mane ola biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
13
1
teleqraf.com

2Mənbələr