Rusiyanın dünən günün səhər saatlarında Kiyevdə “İsgəndər”lə vurduğu “Şah Plov” restoranı Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur.
"AzPolitika"xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli iddia edib.
Xatıtladaq ki, dünən Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava hücumu zamanı bu ölkədəki bəzi səfirliklərinin binası və çoxsaylı obyektlər raket hücumundan dağılıb.
Onlardan birinin də Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsus olduğu bildirilir.
”Restoran 2015-ci ilin iyulunda Ağalar Vəliyevin qardaşı oğlu Vəliyev Ramin Şahbaz oğlunun 33.3 faiz pay ortaqlığı ilə Ukraynada qeydiyyatdan keçmiş AXSAN Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alınıb və restavrasiya olunub. Ramin Vəliyev 2011-ci ildən fəaliyyət göstərən və faktiki olaraq Ağalar Vəliyevə aid AZİTAL MMC-nin də təsisçisidir” - deyə Həsənli əlavə edib.
Deputat Ağalar Vəliyevin də mövqeyini işıqlandırmağa hazırıq.