AZ

“Bayern”in baş məşqçisi: “Maqdeburqun sakinləri barədə düşünürük”

“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniyanın Maqdeburq şəhərində baş verən faciəvi hadisə ilə bağlı başsağlığı verib. Msport.az xəbər verir ki, hadisə zamanı avtomobilin sürücüsü maşını insanların üstünə sürüb.

Nəticədə, 2 nəfər ölüb, 60-dan çox adam yaralanıb.

“İndi demək olar ki, futboldan danışmaq mümkün deyil. Biz Maqdeburqun sakinləri barədə düşünürük. Bu gün biz qələbə qazandıq, lakin mən arzu edirəm ki, gələn il dünyada sülh olsun” – Kompani belə deyib.

“Bayern” – “Leyptsiq” oyunundan (5:1) sonra planlaşdırılan Milad bayramı ilə əlaqədar şənliklər də ləğb edilib.

 

Seçilən
16
msport.az

1Mənbələr