AZ

Türkiyədən Almaniyada baş verən hücuma - Reaksiya

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına edilən hücumu şiddətlə qınayırıq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik sosial media hesabında bildirib.

"Hücumun tez bir zamanda aydınlaşdırılması və günahkarların ədalət qarşısında cavab verməsi ən böyük arzumuzdur. Həyatını itirənlərə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Biz terrora və bütün əsaslarla zorakılığa qarşı birgə mübarizə prinsipimizi bir daha ifadə edirik".

Qeyd edək ki, Maqdeburq şəhərində naməlum şəxsin avtomobili izdihamın üzərinə sürməsi nəticəsində 11 nəfər ölüb, 80-dək insan yaralanıb.

Seçilən
21
axar.az

1Mənbələr