“Mançester Siti”nin futbolçusu Ruben Diaşın durumuna aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, bunu komandanın baş məşqçisi Pep Qvardiola açıqlayıb.
O bildirib ki, 27 yaşlı portuqaliyalı müdafiəçi 3-4 həftə meydanlardan kənar qalacaq. “Mançester Yunayted”lə görüşdə (1:2) xəsarət alan futbolçuda əzələ zədəsi aşkarlanıb.
Qeyd edək ki, Diaş cari mövsümdə 19 oyun keçirib.
İdman.biz