Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərliyi ilə hökumətin “xarici agentlər” haqqında qanuna dəyişiklik etmək niyyətində olduğu iddia edilir.
Kobaxidze Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşdən sonra mətbuata açıqlamasında Tbilisinin qanun layihəsi ilə bağlı müzakirələrə hər zaman açıq olduğunu qeyd edib. Baş nazir hökumətin bu mövzuda Avropa Şurasının müvafiq strukturları ilə əməkdaşlığa razı olduğunu bildirib.
Beləliklə, Gürcüstan hökuməti “Xarici təsirin şəffaflığı” haqqında qanununun məzmununu dəyişdirəcəyini vəd edib.
Mövcud gərginlik fonunda Tbilisi ilə Qərb arasında razılaşma əldə olunub? Kobaxidzenin açıqlaması nədən xəbər verir? Məsələyə Moskvanın reaksiyasi necə olacaq?
Referans.az xəbər veriri ki, Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, təkcə Gürcüstan yox, bütövlükdə Cənubi Qafqaz ölkələri Rusiya və Avropa İttifaqı(Aİ) arasında balansı daim diqqətdə saxlamalıdır:
“Hər iki qlobal güc mərkəzinin bölgədə maraqları var. Region ölkələri də bu məqamdan öz praqmatik maraqları çərçivəsində istifadə edə bilər.
Rəsmi Tbilisi bir müddət əvvəl verdiyi sərt qərar nəticəsində Aİ ilə “körpüləri yandırmışdı”. Hətta İttifaqın ayırdığı və Gürcüstanın iqtisadi-sosial həyatında mühüm rolu olan qrantlardan da imtina edilmişdi. Bütün bunlar isə gürcü xalqının etirazına, həftələrlə davam edən mitinqlərə səbəb oldu.
Bugünkü anlaşmanı və İrakli Kobaxidzenin açıqlamasını geriyə doğru atılmış addım kimi qiymətləndirərdim. Gürcüstan hakimiyyəti davam edən etirazlara, cəmiyyətdən gələn təzyiqə dözə bilmədi”.
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less