AZ

ABŞ yeni ballistik raketləri sınaqdan keçirdi

Pentaqon dekabrda iki yeni uzaq mənzilli sistemi sınaqdan keçirib.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sınaqlarda orta mənzilli hipersəs,uzaq mənzilli hipersonik(LRHW) və həssas zərbə (PrSM) ballistik raketlərinin sınağı aparılıb. Agentliyin məlumatına görə, Vaşinqton Avropada Rusiya və Asiya-Sakit okean regionunda Çinlə qarşıdurma yaratmaq üçün yeni silahların sınaqdan keçirildiyini gizlətmir.
Amerikalılar ilk dəfə “LRHW”-nin buraxılışını həyata keçirəndə sınaq uğurlu alınmamışdı. Bu raketin uçuş məsafəsi 2,7 min km-dən çoxdur.
İkinci raket – “PrSM” – ATACMS-i əvəz etmək üçün yaradılın. “Yəqin ki, buna görə Ukrayna ordusu kütləvi şəkildə sonuncu ilə silahlandırılır. Amerikalılar anbarları yeni raketlər üçün təmizləyirlər”, – deyə agentlik qeyd edir.

Vəli Həsənoğlu,

KONRET.az

Seçilən
21
konkret.az

1Mənbələr